"Azərbaycanın mini-futbol yığması son vaxtlar Avropa çempionatının daimi iştirakçısıdı. Bu da Azərbaycan klublarının peşəkar planda inkişafından xəbər verir.
Ən əsası, onlarda xarizmatik lider Zaur Axundov var ki, o, milli komandanın komplektləşməsi üçün hər şey edir".
Sportinfo.az xəbər verir ki, bu fikirləri Rusiyanın Mini-Futbol Assosiasiyasının prezidenti Emil Əliyev bildirib.
O, ölkəmizdə futzalın inkişafı yolunda mühüm addımlar atıldığını söyləyib: "Azərbaycan Rusiyadan nümunə götürərək Portuqaliya və Braziliyadan bir sıra maraqlı oyunçular cəlb edib, onlara vətəndaşlıq verib. Hesa edirəm ki, bu, düzgün addım idi. Çünki ictimaiyyətdə maraq doğurub və klublara çoxlu uşaq gəlib"
Əsələn Azərbaycandan olan Əliyev Azərbaycan Futzal Federasiyası ilə qarşılıqlı əməkdaşlıqlarının olduğunu deyib: "Azərbaycan anlaşmamızın aktiv iştirakçıdı. Birgə bir sıra tədbirlər keçirmişik. Sonuncusu 4 ölkənin milli komandasının turnirdə iştirak idi. Bu, Rusiya, İran, Qazaxıstqn və Azərbaycan yığmalarının çıxış etdiyi yarış idi. Avropa çempionatına hazırlıq çərçivəsində birgə turnirdə oynadıq. Bu, İranda keçirildi. Belə razılıq əldə etdik ki, sonrakı turnir Qazaxıstanda, ardından Azərbaycanda və Ruisyada keçiriləcək".
Həmyerlimizin fikrincə, Azərbaycan futzal yığması bu yaxında Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa çempionatının final mərhələsində uğurlu çıxış etməyə qadirdi: "Əminəm ki, İran turnirində gördüyümüz heyət gərgin ab-hava yaradacaq və Azərbaycan Avropa çepionatında çox yığmaya ciddi rəqib olacaq. Fikrincə, bu yığma medal qazanmaq iqtidarındadı".

