Azərbaycanın “Ulduz”u Çempionlar Liqasında İtaliya və İspaniya komandalarına qarşı

26 Yanvar 2018 14:24 Futzal 656
Azərbaycanın “Ulduz”u Çempionlar Liqasında İtaliya və İspaniya komandalarına qarşı

İspaniyanın Alcalа de Henares şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında yanvarın 30-dan fevralın 3-dək Çempionlar Liqasının oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, turnirdə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Azərbaycan çemionatının qalibi "Ulduz" futzal komandası iştirak edəcək.

Püşkün nəticəsinə görə, D qrupunda yer alan təmsilçimizin rəqibləri Belçikanın “Zebre Çarleroi”, Slovakiyanın “Nove Zamky”, İtaliyanın “Real E Non Solo” və İspaniyanın “Alcala De Henares” komandaları olacaq.

“Ulduz” yanvarın 30-da, Bakı vaxtı ilə saat 12:00-da “Real E Non Solo”, saat 16:00-da isə “Nove Zamky”, yanvarın 31-də saat 13:00-da “Alcala De Henares”, saat 18:00-da “Zebre Çarleroi” komandası ilə qarşılaşacaq. Fevralın 1-də 1/4, ertəsi gün yarımfinal, fevarlın 3-də isə üçüncü yer və final oyunu keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti