AÇ-2018-ə hazırlığı davam etdirən futzal üzrə Azərbaycan yığması bu gün daha bir yoxlama oyununda qüvvəsini sınayıb.
Sportinfo.az xəbər verir ki, Joze Alesionun yetirmələri İran yığmasını sınağa çəkib.
Bakı İdman Sarayında baş tutan oyun komandamız üçün uğursuz alınıb. Beş qolun qeydə alındığı qarşılaşmada millimiz darmadağınla üzləşib.
Bu, yığmamızın İran millisi ilə ardıcıl ikinci sınağı idi. Ötən gün baş tutan ilk oyunda qalib müəyyənləşməmişdi - 3:3.
Azərbaycan - İran 1:4
Qollar: R.Çovdarov, 19 - H.Tayebi, 12. A.Orauji, 17, M.Oladjhobad, 32, F.Tavakkoli, 37.
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev.
Bakı İdman Sarayı.
Azərbaycan: 1. Emin Kürdov (q), 13. Everton Kardoso, 14. Vitali Borisov, 7. Ramiz Çovdarov, 4. İsa Atayev, 12. Rövşən Hüseynli (q), 19. Anar Məmmədov (q), 8. Rizvan Fərzəliyev (k), 6. Eduardo Borges, 5. Fineo de Araujo, 11. Xətai Bağırov, 2. Samir Həmzəyev, 18. Namiq Məmmədkərimov, 15. Nihad İsmayılov
Baş məşqçi: Joze Alesio Da Silva
İran: 1. Sepehr Mohammadi (q), 10. Huseyn Tayebi, 8. Abulhasem Orauji, 13. Farhad Tavakkoli, 11. Mehran Aliqadr, 2. Alireza Samimi (q), 7. Aliasger Hasanzade (k), 5. Hamid Ahmadi, 17. Qhodrat Bahadori, 14. Mahdi Cavid, 19. Mohammad Şayari, 9. Saed Ahmadabbasi, 12. Moslem Oladjhobad
Baş məşqçi: Mohammad Nazemalşarieh

