Millimizin mövqeyində dəyişiklik olmadı, xal hesabı artdı

25 Yanvar 2018 12:00 Futzal 550
Millimizin mövqeyində dəyişiklik olmadı, xal hesabı artdı

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 2018-ci ilin əvvəlində keçirilən yoldaşlıq oyunları son siyahı ilə müqayisədə cüzi dəyişikliklərə səbəb olsa da, ilk “10-luq”dan sıralama dəyişməyib.

Hazırda 10-cu sırada yer alan millimizin mövqeyində dəyişiklik olmasa da, xal hesabı artıb. Bakıda qonaq olan İran yığması ilə 2 yoxlama matçı keçirən komandamız qarşılaşmaların birində heç-heçə edib (3:3), digərində uduzsa da (1:4) aktivinə 2 xal əlvə edib.

Millimizin hesabında artıq 1454 xal var. Bu matçlaradək yığmamızın hesabında 1452 xal var idi. Siyahıya isə Braziliya başçılıq edir - 1931 xal.

Cənubi amerikalıları AVRO-2018-in final mərhələsində Azərbaycan yığmasının rəqibi olan İspaniya izləyir - 1878 xal. 1740 xala malik Rusiya ilk “üçlüy”ü qapayır.

Sloveniyadakı qitə çempionatında İspaniya və Azərbaycanla birgə D qrupunda çıxış edəcək Fransanın isə hesabında 1256 xal var və onlar 20-ci pillədədi.

İlk “onluq”

1. Braziliya - 1931
2. İspaniya - 1878
3. Rusiya - 1740
4. Argentina - 1683
5. İran - 1625
6. İtaliya - 1608
7. Portuqaliya - 1600
8. Ukrayna - 1500
9. Qazaxıstan - 1488
10. Azərbaycan - 1454

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti