Avropa çempionatını Azərbaycanda yayımlayacaq kanal

20 Yanvar 2018 17:12 Futzal 655
Avropa çempionatını Azərbaycanda yayımlayacaq kanal

Yanvarın 30-da Sloveniyanın paytaxtı Lyublyanada start götürəcək və Azərbaycan millisinin iştirak edəcəyi Avropa çempionatını yayımlayacaq telekanal müəyyənləşib.

Sportinfo.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu hüquqa CBC Sport yiyələnib.

Telekanal yalnız yığmamızın iştirakı ilə keçiriləcək oyunları deyil, çempionatın bütün qarşılaşmalarını yayımlamaq hüququna sahib çıxıb.

Buna görə də CBC Sport hər bir oyunu ekrana gətirməyi düşünür. Çempionata fevralın 10-da yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti