Birləşmiş Ərəb Əmirlikləri klubundan millimizə çağırıldı

18 Yanvar 2018 19:12 Futzal 698
Birləşmiş Ərəb Əmirlikləri klubundan millimizə çağırıldı

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisinin düşərgəsinə daha bir futzalçı qoşulub.

Sportinfo.az xəbər verir ki, bu, hazırda karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Dafra” klubunda davam etdirən Villiams Oliveira Do Nascimento Vassuradı.

Bu gün günorta saatlarında Bakıya gələn futzalçı komandanın məşqində iştirak edib. Azərbaycan millisinin yanvarın 19-da saat 10:15-dəki məşqi mətbuat üçün açıq olacaq.

Digər Xəbərlər
Xəbər Lenti