Millimizin braziliyalı baş məşqçisi jurnalistlərin qarşısında

18 Yanvar 2018 14:38 Futzal 551
Millimizin braziliyalı baş məşqçisi jurnalistlərin qarşısında

Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə milli təlim-məşq toplanışını Bakıda davam etdirir.

Sportinfo.az xəbər verir ki, yanvarın 27-nə qədər paytaxtda hazırlıq keçəcək millinin yanvarın 19-da, Bakı İdman Sarayında keçiriləcək və saat 10:15-də başlayacaq məşqinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Həmçinin baş məşqçi Joze Alesio da Silvanın iştirakı ilə brifinq təşkil olunacaq. Məlumatı AFFA yayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti