Azərbaycan millisinin hazırlıq prosesinə daha bir nəfər qoşuldu

16 Yanvar 2018 16:12 Futzal 619
Azərbaycan millisinin hazırlıq prosesinə daha bir nəfər qoşuldu

Avropa çempionatının final mərhələsinə hazırlığını Bakıda davam etdirən Azərbaycan millisinin düşərgəsinə daha bir futzalçı qoşulub.

Sportinfo.az xəbər verir ki, karyerasını Serbiyanın “Ekonomats” klubunda davam etdirən Vitali Borisov yanvarın 14-də Bakıya gəlib.

36 yaşlı futzalçı bugünkü məşq prosesində iştirak edəcək. Hazırda Braziliyada olan Fineo de Araujo, eləcədə Dubayın “Əl-Dafra” klubunda çıxış edən Vassura isə yanvarın 18-də komandaya qoşulacaq.

Millinin Bakıdakı təlim-məşq toplanışı yanvarın 27-dək davam edəcək. Komanda yanvarın 28-də final mərhələsinin keçiriləcəyi Sloveniyanın paytaxtı Lyublyanaya yola düşəcək və “Austria Trend Hotel”də məskunlaşacaq. Yığma ilk oyununu fevralın 2-də Fransa, növbəti matçını 2 gün sonra İspaniya millisinə qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti