Fransanın millimizlə oyun üçün yekun heyəti açıqlandı

16 Yanvar 2018 15:24 Futzal 564
Fransanın millimizlə oyun üçün yekun heyəti açıqlandı

Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan millisinin rəqibi olan Fransa yığmasının heyəti açıqlanıb.

Komanda hazırlığa yanvarın 20-də başlayacaq. Sportinfo.az xəbər verir ki, baş məşqçi Pyer Jaki siyahıya 14 futzalçını daxil edib.

O, qapıçılar - Joevin Duro, Camel Harun, Ba El Kerrumi, sahə oyunçuları - Azdin Ayqoun, Boukkay Ba, Samir Alla, Sid Belhac, Mişel De Sa Andrade, Adrien Qasmi, Samba Kebe, Abdessamad Mohammed, Suheyl Muhiddin, Landri Nqala, Kevn Ramiresə dəvət göndərib.

Azərbaycan yığması yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa çempionatının final mərhələsində Fransa və İspaniya milliləri ilə birgə D qrupunda yarışacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti