“Gilan”a 12 qol vuran

8 Yanvar 2018 17:36 Futzal 571
“Gilan”a 12 qol vuran

Futzal üzrə ölkə çempionatının Birinci Liqasında XII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, “Standard” – “İtaldizayn” komandalarının qarşılaşması xüsusilə maraqlı alınıb.

Oyuna fəal başlayan nominal qonaqlar ardıcıl 2 qol vurub. Düzdü, toparlanan “Standard” tablodakı rəqəmləri eyniləşdirməyi bacarıb. Amma fasiləyə qədər “İtaldizayn” fərqi yenidən artırıb. Yekunda qələbəni bayram edən “ikincilər” rəqibləri ilə xal fərqini də azaldıb.

İkinci oyun isə Rüfət Hüseynovun “qol yağışı” ilə yadda qalıb. 12 qol vuran veteran futzalçı qələbədə əsas pay sahibi olub. Tura U-17 – “Star” dueli ilə yekun vurulub.

“Standard” – “İtaldizayn” 3:5
“Gilan” – “Yasamal-2” 4:17
U-17 – “Star” 2:4

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti