Millimiz mövqeyini qorudu

6 Yanvar 2018 18:14 Futzal 544
Millimiz mövqeyini qorudu

Futzal üzrə milli komandaların 2018-ci ildə ilk reytinq siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi siyahıda əvvəlki kimi 10-cu pillədə qərarlaşıb. Yığmamızın hesabında 1452 xal var.

Siyahıya Braziliya millisi (1931) başçılıq edir. “Sambaçılar”ı İspaniya (1878) və Rusiya (1740) yığmaları izləyir.

İspaniya bu il Sloveniyada keçiriləcək Avropa çempionatında millimizin rəqiblərindəndi. Yığmamızın qitə birinciliyinin qrup mərhələsindəki digər rəqibi Fransa millisi (1256) isə 20-cı pillədə yer alıb.

1. Braziliya - 1931
2. İspaniya - 1878
3. Rusiya - 1740
4. Argentina - 1683
5. İran - 1625
6. İtaliya - 1607
7. Portuqaliya - 1600
8. Ukrayna - 1500
9. Qazaxıstan - 1488
10. Azərbaycan - 1452

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti