Braziliya klubu Azərbaycan millisinin üzvüünü aldı

3 Yanvar 2018 13:12 Futzal 658
Braziliya klubu Azərbaycan millisinin üzvüünü aldı

Cari mövsümün ilk yarısını “Araz” futzal klubunda keçirən Karvalyo dos Santos Vilela karyerasını vətənində davam etdirəcək.

Sportinfo.az AFF-nin "facebook" səhifəsinə istinadən xəbər verir ki, o, dünən Braziliyanın “Kopagril” komandası ilə bu ilin iyun ayına qədər müqavilə imzalayıb.

“Araz”ın heyətində Yüksək Liqada 12, UEFA Kubokunda isə 3 oyunda forma geyinən Karvalyo dos Santos 9 (YL-7, UK-2) qol vurub.

O, millinin heyətində İranda təşkil edilən turnirdə isə 3 oyunda meydana çıxıb və rəqib torunu 3 dəfə silkələyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti