Futzal üzrə milli komandaların bu il üçün son reytinq cədvəli açıqlanıb.
Sportinfo.az xəbər verir ki, dünyanın 162 yığmasının yer aldığı siyahıda Azərbaycan millisinin mövqeyi dəyişməz qalıb.
Joze Alesionun çalışdırdığı kkomandamız yenə 10-cu pillədə qərarlaşıb. Millimizin hesabında 1452 reytinq xalı var.
Siyahıya isə Braziliya başçılıq edir. İkinci pillədə İspaniya, üçüncü yerdə Rusiya millisi qərarlaşıb. Bütövlükdə, ilk “onluq” aşağıdakı komandalardan ibarətdi:
1. Braziliya - 1931
2. İspaniya – 1878
3. Rusiya - 1740
4. Argentina - 1683
5. İran - 1625
6. İtaliya - 1607
7. Portuqaliya - 1600
8. Ukrayna - 1500
9. Qazaxıstan - 1488
10. Azərbaycan – 1452

