Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında 14 tur arxada qalıb.
Sportinfo.az xəbər verir ki, keçirilən 42 oyunda ümumilikdə 303 qol vurulub.
Yüksək Liqada yubiley – 300-cü qolu lider “Araz”ın üzvü vurub. Belə ki, Oktay Rüstəmlinin 30:35-ci dəqiqədə “Xəmsə”nin qapısına vurduğu qol komandasının 11-ci qolu olmaqla yanaşı, həm də Yüksək Liqanın cari mövsümündə vurulan 300-cü qol oldu.
Həmin oyunda Oktayın yubiley qolundan sonra daha 3 qol vurulub.

