“Neftçi”nin meydançada huşunu itirən legioneri evə buraxıldı

28 Dekabr 2017 09:48 Futzal 634
“Neftçi”nin meydançada huşunu itirən legioneri evə buraxıldı

Futzal üzrə Yüksək Liqada dünən 14-cü turun oyunları keçirildi.

Sportinfo.az xəbər verir ki, “Neftçi” – “Marafon Futsal” qarşılaşmasının son dəqiqəsində “Neftçi”nin iralı legioneri Sadiq Cavid meydanın mərkəzində anidən huşunu itirərək yıxılıb.

Futzalçıya həm “Neftçi”nin, həm “Marafon Futsal”ın, həm də oyunların baş həkimi Esmiralda Ələkbərova tərəfindən ilkin tibbi yardım göstərilib.

Daha sonra təcili tibbi yardım maşını ilə iranlı futzalçı 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) aparılıb.

Dərhal tibbi müayinədən keçirilən oyuçunun hansısa orqanında çatışmazlıq, problem aşkarlanmayıb.

Klubdan verilən məlumata görə, gecəni xəstəxanada keçirən oyunçu evə buraxılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti