“Neftçi”nin gənc qapıçısı bu səhvə yol verməsəydi...

2 Fevral 02:20 Futzal 491
“Neftçi”nin gənc qapıçısı bu səhvə yol verməsəydi...

Futzal üzrə Yüksək Liqada qış fasiləsi başa çatıb.

Sportinfo.az xəbər verir ki, 2024-cü ilə derbi ilə start verilib.

Hesabı nominal meydan sahibləri açsa da, “Baku Fire” ardıcıl 3 qol vurmaqla üstünlüyü ələ alıb. Düzdür, “Neftçi” yenidən fərqi azaltmağı bacarıb, amma fasiləyə qədər nominal qonaqlar daha iki dəfə rəqib torunu silkələyib

. İkinci hissə daha sürətli, gərgin və bir qədər də dramatik keçib. “Neftçi” bu dəfə rəqibindən daha çox qol vurub. Hətta qırmızı vərəqə da “ağ-qaralar”ın fərqi minimuma endirməsinə mane olmayıb.

Matçın taleyini isə “Neftçi”nin gənc qolkiperi Zaur Sultanovun səhvi həll edib. Topu qəbul edərkən səhvə yol verən qolkiper Kənan Manafovun fərqlənməsinə imkan yaradıb.

Yekunda qələbə qazanan “Baku Fire” cari mövsümdəki heç-heçə seriyasını qırmış olub. Belə ki, bu komandalar arasında 1-ci və 2-ci dövrədə keçirilən oyunlar 5:5 hesabı ilə yekunlaşmışdı.

“Araz-Naxçıvan”ın “Yasamal Bakı” ilə dueli daha çox yeniləri tanımaq baxımından maraqlı olub.

Lider finişə zirvədə çatmaq üçün qış fasiləsindən maksimum yararlanmağı bacarıb. Elə yenilərdən 3-ü fərqlənməklə komandasına faydalı olacaqlarını göstərib.

Turun son matçı U-19-un böyükhesablı qələbəsi ilə əlamətdar olub. Bu, gənclər yığmamızın cari mövsümdə ilk qələbəsi idi.

Neftçi İK – Baku Fire 4:6
Qollar: Amir Şojaei, 4:02, Fərid Atakişiyev, 17:12, Alireza Bayat, 22:54, Vahib Xocayev, 36:26 – Kənan Manafov, 10:00, 38:32, Murad Quluzadə, 10:42, İaqo Henrique, 14:00, Oktay Rüstəmli, 17:36 (pen.), 18:46.
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Hidayət Feyzullayev
Hakim-inspektor: Murad Məmmədov

“Araz-Naxçıvan” – “Yasamal Bakı” 8:0
Qollar: Katatau, 9:23, Xəzər Ağalızadə, 9:49, 27:56, Andre Junior, 12:43, 29:17, Lukas Romao, 32:40, Miloş Todoriç, 36:11, Həsənəli Rəhimov, 39:40.
Hakimlər: Ceyhun Hüseynov, Hacıəli Ağayev, Məmmədəli Kərimov
Hakim-inspektor: Ramiz Əsədov

Record – U-19 2:11
Qollar: Arzu Abbasov, 15:12, Rasim Mikayılov, 30:18 // İlham Alıyev, 0:20, 20:28, 23:00, Pünhan Qasımzadə, 8:48, Qüdrət Qasımzadə, 21:42, Oqtay Mahmudzadə, 24:39, Rəvan Məşiyev, 28:03, 36:48, Rüfət Məmmədli, 33:43, Hüseyn Cəfərzadə, 36:33, Ümid Qəhrəmanov, 38:38.
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, İmran Məhərrəmov
Hakim-inspketor: Füzuli Nəcəfov

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!