Azərbaycan çempionu Braziliyadan daha bir hücumçu gətirdi

24 İyul 2022 17:20 Futzal 2 150
Azərbaycan çempionu Braziliyadan daha bir hücumçu gətirdi

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək "Araz-Naxçıvan" heyətini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, ölkə çempionu De Moura Joze Eduardo ilə anlaşıb.

26 yaşlı braziliyalı hücumçunun müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub.

“Araz-Naxçıvan” bunadək Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, Oktay Rüstəmli, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb.

Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev, İsa Atayev, Xətai Bağırov və Maneka komandadan ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda