Azərbaycan çempionu iki transfer etdi – Biri “Neftçi”dən

16 İyul 2022 13:20 Futzal 1 411
Azərbaycan çempionu iki transfer etdi – Biri “Neftçi”dən

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək "Araz-Naxçıvan" heyətini yeni oyunçularla gücləndirib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silvanın istəyi ilə ölkə çempionu ötən mövsümü "Neftçi" İK-da keçirən qapıçı Cavad Məmmədov və U-19-un yetirməsi Xəzər Ağalızadə ilə anlaşıb.

“Araz-Naxçıvan” bunadək Rövşən Hüseynli, eləcə də braziliyalı Mateus Katatau, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb.

Komanda yeni mövsümün hazırlığına avqustun 10-da start verəcək.

Xəbər Lenti