"Başqa təkliflər var"

12 May 2022 13:20 Futzal 644
"Başqa təkliflər var"

Yüksək Liqanın 2021/22-ci il mövsümünün ən yaxşı oyunçusu seçilən “Araz-Naxçıvan”ın kapitanı Rizvan Fərzəliyev Azərbaycan Futzal Federasiyasının saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, son çempionat əvvəlkilərdən bir qədər fərqli keçdiyini deyib:

"8 komanda ilə başladıq, yaxşı start götürdük və tempi sona qədər qoruduq. Pley-offda “Baku Fire” komandası ilə 2 matç keçirdik, böyükhesablı qələbələrlə finala adladıq.

Həlledici matçda EKOL-la gücümüzü sınadıq. Məncə, rəqibimiz EKOL-da öz növbəsində “Neftçi” İK üzərində layiqli qələbələr qazandı və finalda oynamaq hüququ qazandı.

Əsas problem EKOL-un pley-off görüşlərindən itkilərlə çıxmasında idi. Onların 3 əsas üzvü cəzalı duruma düşdüyünə görə, final görüşünü kənardan izlədi. Bu da “Araz-Naxçıvan”ın işini asanlaşdırdı və çempion olduq.

R.Fərzəliyev çempionatda ən çətin oyunlarının əsas mərhələdə EKOL-la son duellərinin olduğunu vurğulayıb:

"Həmin görüşdə qələbəni EKOL qazandı. Qırmızı vərəqə aldıq, azlıqda qaldıq və rəqibimiz bundan maksimum istifadə etdi.

“Baku Fire” ilə görüşümüz də fərqli alındı. İstədiyimiz oyunu nümayiş etdirə bilmədik, əsəblər tarıma çəkildi və yekunda xallar itirdi.

“Neftçi” İK-nı da qeyd etmək istərdim. Onlar da pley-off-da oynamağa layiq idilər.

Bu çempionluq mənim üçün uğurlu oldu. Mövsümün ən yaxşı oyunçusu seçildim. Təbii ki, bu uğuru komandanda yoldaşlarımın, məşqçi heyətinin və öz əziyyətim hesabına qazandım.

Çalışmışam hər zaman həm oyunum, həm də meydandankənar davranışım ilə nümunə olum".

Millimizin üzvü karyerası ilə bağlı qəti qərarı yaxın günlərdə açıqlayacağını söyləyib: "Hazırda bu istiqamətdə rəhbərliklə danışıqlar gedir.

Başqa təkliflər var. Götür-qoy edəcəm, rəhbərliyin qərarından sonra yekunda xeyirli olan bir qərarın üzərində dayanacam.

Detallar barədə indi nəsə demək istəmirəm, bir az səbirli olaq”.

Xəbər Lenti