İspanlara qol vuran azərbaycanlı söyləyir ki…

27 Yanvar 2022 11:20 Futzal 610
İspanlara qol vuran azərbaycanlı söyləyir ki…

"Çox çətin və ağır oyun keçdi".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı İsa Atayev İspaniya ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa çempionatının qrup mərhələsinin II tur oyunu barədə federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

33 yaşı oyunçu iki dəfə hesabda irəli çıxdıqlarını, amma yekunda heç-heçə ilə barışmalı olduqlarını bildirib:

"Çox çətin oyun oldu. Gürcüstana 2:3 hesabı ilə uduzduğumuz ilk qarşılaşmada baş məşqçi mənə şans vemədi. Onun fikirlərinə hörmətlə yanaşırıq.

Üçüncü matça tam hazır heyətlə çıxacağıq. İki oyunçumuz koronavirusa görə bizə qoşula bilməmişdi. Heyətimiz də tam deyildi.

Üçüncü matçda qələbə qazanacağımıza ümid edirəm. Hələlik qrupdan çıxmaq üçün şansımız var. İnanıram ki, şans bizim tərəfimizdə olacaq".

Azərbaycan yığması qrupdan çıxmaq üçün son turda böyük hesabla qallib gəlib, İspaniyanın Gürcüstana uduzmasını gözləməlidir.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!