“Araz” Çempionlar Liqasınıın son matçını qazandı

24 Avqust 2021 22:20 Futzal 739
“Araz” Çempionlar Liqasınıın son matçını qazandı

Azərbaycan çempionu “Araz” bu gün futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Naxçıvan təmsilçisi üçüncü matçında Latviyanın “Raba” kollektivi ilə üz-üzə gəlib.

Qrup mərhələsindəki sonuncu matç məhsuldar alınıb. “Araz” bu oyundan 8:4 hesablı qələbə ilə ayrılıb.

Joze Alesionun baş məşqçi olduğu komanda ilk görüşdə Cəbəllütariqin “Europa” klubunu 9:2 hesabı ilə üstələyib, ikinci qarşılaşmada isə Finlandiya “Kampuksen Dinamo”su ilə heç-heçə etmişdi – 4:4.

Bu nəticələrdən sonra “Araz” 7 xalla qrup ikincisi olub. Qrup birinciliyini isə eyni xala malik olsa da, daha yaxşı top fərqinə malik “Kampuksen Dinamo” qazanıb.

İlkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil edilir.

Reqlamentə uyğun olaraq, 9 komanda – 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

İlkin mərhələ, F qrupu
“Araz” – “Raba” 8:4

Qollar: Rodriqes, 0:24; 32:20. Pereyra, 18:16. X.Bağırov, 22:30; 32:40. İ.Atayev, 23:33. R.Çovdarov, 26:00-pen; 29:37 – Ar.Kuleşov, 11:29. Boqdanov, 15:03. Jakovlev, 20:54. Strazdin, 29:23.
Salaspils şəhəri. İdman Kompleksi.

Araz: 12. Rövşən Hüseynli (q), 7. Ramiz Çovdarov, 9. Emanuel Rodriqes, 14. Murilo Borges, 17. Pereyra Qoncalves Dos Santos, 1. Emin Kürdov (q), 8. Rizvan Fərzəliyev (k), 10. İsa Atayev, 11. Xətai Bağırov, 13. Amir Şocaei, 15. Hadi Ahmadi, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.

Raba: 81. Boqdanov (q), 2. Rimkus, 4. Roykovski, 6. Ar. Kuleşov, 7. Jakovlev (k), 12. Jurov (q), 8. Al. Kuleşoviç, 9. Ederson, 10. Tarakanov, 11. Grisli, 13. Hercberq, 15. Strazdin, 16. Mikevic, 18. Sabara.
Baş məşqçi: Şketov.

Xəbər Lenti