Azərbaycan çempionu: “Şərtlərimiz üst-üstə düşsə...”

9 İyul 2021 18:00 Futzal 505
Azərbaycan çempionu: “Şərtlərimiz üst-üstə düşsə...”

"İyulun 20-də Bakıya dönəcəm və komandanın məşqlərinə start verəcəyik”.

Sportinfo.az xəbər verir ki, bu sözlər "Araz Naxçıvan"ın baş məşqçisi Joze Alesio Da Silvaya məxsusdur.

Futzal üzrə UEFA Çempionlar Liqasında ilkin mərhələnin püşkü atılıb. Azərbaycan təmsilçisi F qrupunda "Raba" (Latviya), "Kampuksen Dinamo" (Finlandiya) və "Europa" (Cəbəllütariq) ilə üz-üzə gələcək.

İlkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda düzənlənəcək.

"Araz Naxçıvan" qarşılaşmalarını Latviyada oynayacaq.

Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

Braziliyalə mütəxəssis artıq hazırlıq planını tərtib etdiklərini vurğulayıb:

“İdman zallarının açılması yaxşı xəbər oldu. Məşqlərimizi müntəzəm keçəcəyik. Heyətimizi böyük ölçüdə qorumağı bacardıq.

Gücləndirmə istiqamətində transfer çalışmalarımızı da davam etdiririk. Danışıq apardığımız futzalçılar var.

Şərtlərimiz üst-üstə düşsə, heyətimizə cəlb edəcəyik. Sadəcə, indidən ad açıqlamaq istəmirəm”.

Xəbər Lenti