Millinin hakimi dəyişdirildi

9 Mart 2021 18:00 Futzal 1 206
Millinin hakimi dəyişdirildi

Bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Moldova – Azərbaycan matçı üçün açıqlanmış hakim təyinatlarında dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, Çoreskudakı “Futzal Arena”da baş tutacaq matçda polşalı Dominik Çipinskini Belçikadan olan Yasin Alageyk əvəzləyəcək.

Bununla bağlı UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib.

Oyun saat 20:30-da start veriləcək və CBC Sport televiziya kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Millimiz Bakıdakı matçda bu rəqibinə 5:1 hesabıyla qalib gəlib.

Xəbər Lenti