“Əslində, bu, bizə sərf edir, onun istəyini həyata keçirəcəyik“

8 Mart 2021 14:40 Futzal 719
“Əslində, bu, bizə sərf edir, onun istəyini həyata keçirəcəyik“

“Rəqibin fərqli taktika ilə oynayacağına inanmıram“.

Sportinfo.az xəbər verir ki, futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Avropa çempionatının seçmə mərhələsində Moldova ilə səfər oyunu haqda danışıb.

Martın 9-da Çoresku İdman zalında keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Yığmamız Bakıda baş tutan qarşılaşmada rəqibini 5:1 hesabı ilə məğlub edib.

Komandamızın qapıçısı qələbə üçün meydançaya çıxacaqlarını bildirib: “Ola bilsin, topa nəzarət etməklə bərabər, hücumlar qurmağa çalışsınlar.

İddialarını davam etdirmək üçün xal qazanmaq istəyəcəklər və buna nail olmaq üçün bütün güclərini səfərbər edəcəklər.

Əslində, bu, bizə sərf edir. Açıq oyun zamanı onlar boşluq verəcək, biz də bundan istifadə edəcəyik. Bu, mənim fikrimdir.

Əlbəttə, yekun qərarı, tapşırığı baş məşqçi verəcək. Biz isə onun istəyini həyata keçirəcəyik. Məqsədə doğru yolda Kişinyovdan da 3 xalla dönməliyik".

Xəbər Lenti