"Komandanın qarşısına konkret məqsəd qoyulub"

8 Mart 2021 00:42 Futzal 939
"Komandanın qarşısına konkret məqsəd qoyulub"

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində dünən növbəti oyununu keçirən Azərbaycan millisi Moldova üzərində inamlı qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, Bakı İdman Sarayında əldə edilən 5:1 hesablı qələbədə dublla pay sahibi olan komandamızın hücumçusu Bolinya təəssüratlarını federasiyanın rəsmi saytı ilə bölüşüb.

O, nəticədən məmnunluğunu gizlətməyib: “Moldova ilə oyunda çox yaxşı nəticə qazandıq. Ancaq buna çətinliklə nail olduq.

Xüsusilə də birinci hissənin əvvəli əziyyətli keçdi. İstənilən halda, çıxışımızı bu şəkildə davam etdirməliyik. Aydın məsələdir ki, bunun üçün ağır məşqlər keçirik. Amma bunu etməsək də, məqsədimizə nail ola bilmərik”.

Cari seçmə mərhələdə vurduğu qolların sayını 3-ə çatdıran hücumçunun xüsusilə də Moldova yığmasına vurduğu sonuncu qol diqqət çəkdi. Məhz onun zərbəsi ilə matça yekun vurulub:

“Bu oyunda iki qol vurdum, məhsuldar ötürmə verdim. Əlbəttə, buna görə çox məmnunam. Hücumçu kimi üzərimə düşəni etməyə çalışdım.

Amma nəticəni komanda şəklində qazanırıq. Komanda yoldaşlarımın hamısını təbrik edirəm. Vurduğum ikinci qol maraqlı alındı.

Vaxta baxmadım, zərbəni vurduqdan sonra oyunun başa çatdığını bildirən qonq səsləndi. Yenə deyirəm, milliyə kömək edə bildiyim üçün şadam”.

Bolinya bu rəqiblə 4 gün sonra keçiriləcək oyunun daha çətin keçəcəyini vurğulayıb:

“Səfərdəki oyun burdakı görüşdən çətin keçəcək. Çünki bu dəfə biz qonaq qismində meydana çıxacağıq.

Moldova millisi isə doğma meydan amilindən istifadə etməyə çalışacaq. İstənilən komanda öz meydanında daha motivasiyalı olur.

Yaxşı köklənməli, diqqətli olmalı, üstünlüyümüzü əldən verməməliyik. Hər epizodu qola çevirməliyik.

Biz hər zamankı kimi qələbə qazanmaq üçün meydana çıxacağıq. Komandanın qarşısına konkret məqsəd qoyulub. Buna nail olmaq üçün maksimum çalışmalıyıq”.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı