Bakının qonaqları buradan kor-peşman qayıtdı - FOTOLAR

5 Mart 2021 10:40 Futzal 1 917
Bakının qonaqları buradan kor-peşman qayıtdı - FOTOLAR

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 3-cü qrupda mübarizə aparan Joze Alesionun başçılıq etdiyi kollektiv evdə Moldova ilə qarşılaşıb və rəqibini 5:1 hesabı ilə məğlub edib.

Görüşdə hesabı 7-ci dəqiqədə Fineo De Araujo açıb. 14-cü dəqiqədə Rizvan Fərzəliyev 2-ci topu qonaqların qapısından keçirib. Cəmi 1 dəqiqə sonra Hadi Ahmadi fərqi daha da artırıb.

İkinci yarıya fəal başlayan moldovalılar 26-cı dəqiqədə Sergey Takotun qolu ilə buraxılan toplardan birinin əvəzini çıxıb. Amma rəqibin sevinci cəmi 1 dəqiqə çəkib.

Tyaqo Bolinya 27-ci dəqiqədə 4-cü dəfə qonaqları cəzalandırıb. Görüşdə son nöqtəni isə 40-cı dəqiqədə Bolinya qoyub.

Qrupdakı 3-cü oyununda da qələbə qazanan Azərbaycan millisi xallarını 9-a çatdıraraq liderliyini möhkəmlədib. Moldova isə 4 xalla 2-ci pillədə qalıb.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!