"Gərək istifadə edəsən, yoxsa özün cəzalandırılacaqsan”

4 Mart 2021 11:20 Futzal 743
"Gərək istifadə edəsən, yoxsa özün cəzalandırılacaqsan”

“Rəqibin Yunanıstanla oyununa baxmışdım.

Bilirdim ki, Azərbaycan millisinin ustalıq səviyyəsi yüksəkdir. Heyətlərində fərdi planda seçilən futzalçılar var".

Sportinfo.az xəbər verir ki, bu sözləri futzal üzrə Moldova millisinin baş məşqçisi Vladimir Busatıy Avropa çempionatının seçmə qrup mərhələsində bu gün yığmamızda uduzduqları oyundan (1:5) sonra mətbuat konfransında deyib.

O qeyd edib ki, nəticə fərqli ola bilərdi: "Nəticəni ədalətli saymıram. Çünki bizim də qol vurmaq üçün şanslarımız oldu, sadəcə, həmin epizodları reallaşdıra bilmədik.

Futzalda gərək hər şansdan maksimum istifadə edəsən. Yoxsa özün cəzalandırılacaqsan”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA