Azərbaycan millisinin üzvü “Barselona”ya vurduğu qoldan danışdı - FOTO

3 Mart 2021 17:20 Futzal 704
Azərbaycan millisinin üzvü “Barselona”ya vurduğu qoldan danışdı - FOTO

“Çempionat oyunları ilə əlaqədar millinin toplanışına gec qoşulduq, ancaq hər şeyin qaydasında olduğunu deyə bilərəm.

Uşaqların əhval-ruhiyyəsi yüksəkdir. Çünki əvvəlki iki oyunda maksimum xal qazanmışıq. Bundan başqa, komanda olaraq demək olar, hər gün məşq edirik”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Eduardo Borges Moldova ilə keçirəcəkləri Avropa çempionatının seçmə qrup oyunlarından əvvəl azfutzal.az-a açıqlamasında deyib.

Hazırda karyerasını Fransanın ACCES klubunda davam etdirən təcrübəli müdafiəçi rəqibi dəyərləndirərkən, diqqətli olmağın vacibliyini vurğulayıb: “Moldova millisi güclü komandadır.

İldən-ilə daha yaxşı oynayır, nəticələrini yaxşılaşdırırlar. Xüsusilə də onların Slovakiya ilə son matçda heç-heçə etməsi bizim üçün bir siqnaldı. İndi Moldova millisinin 4 xalı var və bizim ən yaxın izləyicimizdir”.

Eduardo azarkeşsiz oyunların daha çətin keçdiyini də əlavə edib: “Biz azarkeşlər üçün oynayır, onlar üçün qol vururuq. Onlarsız mübarizə aparmaq çox çətindir.

Çox istərdik ki, onlar tribunalardakı yerlərini tutsunlar, komandamızı dəstəkləsinlər, oyunçuları daha da coşdursunlar, oyuna rəng qatsınlar. Niyə belə alındığını isə izah etməyə ehtiyac yoxdur. Səbəbini hamı bilir.

İnsan sağlamlığı hər şeydən vacibdir. Ümid edək ki, qısa vaxtda pandemiya başa çatacaq və həyat öz axarına qayıdacaq, azarkeşlərimiz də arzuladığımız yerdə olacaqlar”.

O, iki oyunu maksimum nəticə ilə başa vuracağı təqdirdə millinin Avropa çempionatına vəsiqə əldə edəcəyinə əmin olduğunu gizlətməyib:

“Əlbəttə, asan olmayacaq. Ancaq bunu bacarmaq üçün hər gün çalışırıq. Vəsiqəni vaxtından əvvəl qazanmaq üçün potensialımız da var.

Sadəcə, ehtiyatlı olmalı, hər oyunun tapşırığını düzgün yerinə yetirməliyik. Ani səhv, saymazlıq komandaya baha başa gələ bilər”.

Xəbər Lenti