Millimizin baş məşqçisi onlara baxıb və nə görüb?

27 Fevral 2021 11:00 Futzal 501
Millimizin baş məşqçisi onlara baxıb və nə görüb?

Futzal üzrə yığmamız Avropa çempionatının seçmə qrup oyunları çərçivəsində növbəti qarşlaşmalarını Moldovaya qarşı keçirəcək.

Sportinfo.az xəbər verir ki, komandamız bu rəqiblə martın 4-də evdə, martın 9-da səfərdə üz-üzə gələcək.

Baş məşqçi Joze Alesio Da Silva Moldova millisinin hazırda yaxşı formada olduğunu vurğulayıb:

“Əlbəttə, rəqibimiz olduğuna görə Moldovanın hər iki matçını izləmişəm. Həm də təxminən ilyarım əvvəl qarşılaşmışdıq.

Oyun üslubu tanışdır, elə də dəyişiklik yoxdur, amma komanda olaraq yaxşı formadadırlar. Bu da onların daha əvvəldən hazırlıq və yoldaşlıq oyunları keçirməsi ilə bağlıdır.

Meydanda çox intizamlıdırlar. Nəticələri də bunu deyir. Xüsusilə də Slovakiyaya qarşı oyunlarını qeyd edərdim.

Həmin matçda hətta qələbə qazanmağa da yaxın oldular. Ona görə diqqətli olmalıyıq”.

Xəbər Lenti