Çempionlar Liqasının final oyunlarının yeri dəyişdirildi

24 Fevral 2021 01:38 Futzal 971
Çempionlar Liqasının final oyunlarının yeri dəyişdirildi

Futzal üzrə Çempionlar Liqasında 2020/2021 mövsümünün final oyunlarının ev sahibliyi Belarusun paytaxtı Minskdən alınıb.

Sportinfoaz xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Belə qərar verilməsinə koronavirusla bağlı ölkədəki epidemioloji vəziyyət və səyahət məhdudiyyətləri səbəb olub.

UEFA bəzi komandaların və rəsmi şəxslərin həlledici raundun matçlarında iştirakının mümkünsüzlüyünü nəzərə alıb və matçın yerinin dəyişdirilməsinə qərar verib.

Belarus Futbol Federasiyası ilə müzakirədən sonra qurum final mərhələsinin oyunlarını Xorvatiyanın paytaxtı Zaqrebə təyin edib.

Matçlar 28 aprel - 3 mayda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA