Operativ Qərargah milliyə icazə verdi - Moldava üçün

17 Fevral 2021 19:40 Futzal 1 234
Operativ Qərargah milliyə icazə verdi - Moldava üçün

Sportinfo.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah AFFA-nın futzal üzrə millinin Avropa çempionatının seçmə mərhələsinin martda keçiriləcək oyunlarına hazırlaşa bilməsi üçün müraciətini müsbət cavablandırıb.

Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədovun verdiyi məlumata görə, yığmanın məşq etməsi üçün razılıq alınıb.

Joze Alesio Da Silvanın başçılıq etdiyi komanda seçmə mərhələnin III turunda Moldavanı qəbul edəcək. Martın 4-də Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Yığma iki oyundan sonra 6 xalla 3-cü qrupun lideridir. Qrupda Slovakiya və Yunanıstan komandaları da var.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"