İndi millimizdən Avropada bunu da gördük - FOTO

4 Fevral 2021 17:00 Futzal 700
İndi millimizdən Avropada bunu da gördük - FOTO

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatlarında 25-ci qələbəsini qazanıb.

seçmə və final mərhələlərində ümumilikdə 53-cü matçına çıxan yığmamızın yubiley uğuru Yunanıstanla görüşə təsadüf edib.

Bu, Avropa çempionatının seçmə mərhələsinin II turunda qeydə alınıb. Afinadakı qarşılaşmaya qədər 24 dəfə qalib gələn millimiz səfərdə 3:0 hesablı qələbə qazanıb. Komandamız digər matçlarda 9 heç-heçə edib və 19 dəfə uduzub.

Avropa səhnəsinə 1995-ci ildə çıxan yığmamız ilk qələbəsini 26 il öncə qazanıb. Həmin vaxt oktyabrın 23-də Polşa ilə üz-üzə gələn komandamız rəqibini 6:4 hesabı ilə yenib.

Yığmamız bu görüşlərdə 185 qol vurub və 170-ni buraxıb.

Millimiz seçmə mərhələdə Slovakiyanı 4:1, Yunanıstanı 3:0 hesabı ilə məğlubiyyətə uğradaraq 3-cü qrupun vahid lideridir.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!