"Azərbaycana məğlubiyyətdən sonra heç vaxt xoşbəxt ola bilməzsiz"

3 Fevral 2021 11:20 Futzal 1 283
"Azərbaycana məğlubiyyətdən sonra heç vaxt xoşbəxt ola bilməzsiz"

"Məğlubiyyətdən sonra heç vaxt xoşbəxt ola bilməzsiniz, amma konsentrasiya göstərməyimiz və rəqibin ritminə qapılmamağımız çox vacibdir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri futzal üzrə Yunanıstan millisinin baş məşqçisi Yannis Ziavas Avropa çempionatının seçmə mərhələsində Afinada Azərbaycan seçməsinə 0:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Mütəxəssis Azərbaycan futzalçılarının potensialına bələd olduqlarını bildirib: "Rəqib bu matçı və bütün qarşılaşmaları yüksək tempdə oynayan keyfiyyətli komandadır.

Yalnız oyunçularımın səylərindən məmnun qala bilərəm. Önəmli olan böyük komandalarla məsafəmizin daralmasıdır. Təcrübə toplamalıyıq. Bu dönəmdə xal yığsaq, özümüzə inam artacaq və stimul üçün daha yaxşı olacaq".

Ardıcıl ikinci qələbə sayəsində xalını 6-ya çatdıran Azərbaycan yığması 3-cu qrupda vahid lider olub. Komanda daha əvvəl Slovakiyanı Bakıda 4:1 hesabı ilə üstələyib. Qrupda Moldova millisi də mübarizə aparır.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"