Azərbaycan millisinin gəliri nə qədər olacaq?

2 Fevral 2021 19:40 Futzal 1 034
Azərbaycan millisinin gəliri nə qədər olacaq?

Futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Yığmamız Avropa çempionatının seçmə mərhələsində ikinci matçına çıxacaq.

Turnirə Slovakiya üzərində 4:1 hesablı ev qələbəsi ilə başlayan Joze Alesionun yetirmələri ilk Yunanıstanın qonağı olacaq.

3-cü qrupda liderliyi ələ keçirən millimiz turnirə məğlubiyyətlə başlayan Ellada təmsilçisi ilə görüşdə də favoritdir. Moldovada 1:3 hesabı ilə uduzan yunanıstanlıların xal qazanması da sensasiya sayılacaq.

Azərbaycan Futzal Federasiyasının rəhbərliyi komandanı stimullaşdırıb. İki qələbənin mükafatı 5000 manatdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA