İki iranlı legioner Azərbaycan yığmasından uzaqlaşdırıldı

1 Fevral 2021 14:40 Futzal 1 168
İki iranlı legioner Azərbaycan yığmasından uzaqlaşdırıldı

Yunanıstan ilə Avropa çempionatının seçmə qrup oyununda üz-üzə gələcək Azərbaycan millisi Afinaya yola düşüb.

Sportinfo.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, futzalçılar baş məşqçi Joze Alesio Da Silvanın rəhbərliyi altında oyunöncəsi son məşqini bu gün qarşılaşmanın keçiriləcəyi Daiis İdman Sarayında gerçəkləşdirəcək.

Heyətə gəldikdə, zədəli olan Amir Şojaei və Hadi Ahmadinin əvəzinə Yunanıstan paytaxtına Oktay Rüstəmli aparılıb.

Fevralın 2-də keçiriləcək Yunanıstan – Azərbaycan oyunu saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA