"Tərəzinin gözünə qoysaq, biz onlardan daha yaxşıyıq"

1 Fevral 2021 17:20 Futzal 874
"Tərəzinin gözünə qoysaq, biz onlardan daha yaxşıyıq"

“Yunanıstanla matçımız da çətin keçəcək. Çünki doğma meydanda oynamayacağıq“.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Tyaqo Bolinya deyib.

Yığmaamızın braziliyalı üzvü Avropa çempiontının seçmə mərhələsi çərçivəsində fevralın 2-də Yunanıstanla keçirəcəkləri oyun haqda proqnozunu dilə gətirib.

Onun sözlərinə görə, Slovakiya üzərində qazanılan 4:1 hesablı qələbə komandada ruh yüksəkliyi yaradıb.

O, 3-cü qrupda Moldovanın Yunanıstana 3:1 hesabı ilə qalib gəldiyi ilk turun digər oyununu izlədiyini, matçın çətin keçəcəyini söyləyib: “Fikrimcə, futzalda zəif, pis rəqib olmur.

Üstəlik, onların meydanında oynayacağıq. Bundan başqa, rəqib ilk oyunda məğlub olduğuna görə sərt çıxış edəcək.

Yaxşı hazırlaşacağıq. Əlbəttə, hər iki komandanı tərəzinin gözünə qoysaq, biz onlardan daha yaxşıyıq. Səfərə ancaq qələbə qazanmaq üçün yollanacağıq”.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"