Bakıda "soyuq duş" aldı: "Fasilədə öz-özümüzə dedik ki…"

31 Yanvar 2021 17:20 Futzal 908
Bakıda "soyuq duş" aldı: "Fasilədə öz-özümüzə dedik ki…"

"Oyunu udmaq üçün yaxşı imkanlarımız oldu, amma sonda böyük hesabla uduzduq".

Sportinfo.az xəbər verir ki, bu sözlər Slovakiya yığmasının futzalçısı Tomaş Draxovskiyə aiddir.

O, Avropa çempionatının seçmə mərhələsinə Bakıda uğursuz start vermələrinin səbəblərini açıqlayıb.

Millimizə 1:4 hesablı məğlubiyyəti şərh edən oyunçu deyib ki, matçda daha az səhv edən komanda qalib gəlib:

"Fasilədə öz-özümüzə dedik ki, çox yaxşı oynayırıq, şans yaradırıq, onları qola çevirmək lazımdır. İkinci hissəyə çıxanda qarşımıza qələbə hədəfi qoymuşduq".

Futzalçı da rusiyalı referinin yanlış qərar qəbul etdiyini söyləyib: "Düşünürəm ki, ikinci sarı vərəqəni göstərməyə də bilərdi.

Bundan sonra komanda öz oyununu itirdi. Sonradan çox çalışsaq da, məğlub olduq. Fikrimcə, bərabər səviyyəli oyun getdi. Heç-heçə daha ədalətli nəticə olardı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA