Dörd qol vurub, lider olan Azərbaycan yığması - VİDEO

31 Yanvar 2021 13:20 Futzal 1 020
Dörd qol vurub, lider olan Azərbaycan yığması - VİDEO

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, Joze Alesionun yetirmələri Bakı İdman Sarayında Slovakiyaya 4:1 hesabı ilə qalib gəlib.

Komandamızdan qolları Bolinya, Everton Kardozo, Xətai Bağırov, İsa Atayev, qonaqlardan isə Tomaş Drahovski vurub.

Bununla da komandamız üç xalla qrupun lideri olub. Növbəti matç fevralın 2-də Afinada Yunanıstana qarşı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti