Millimizin braziliyalı hücumçusu: "Buna imkan verməməliyik"

30 Yanvar 2021 23:20 Futzal 816
Millimizin braziliyalı hücumçusu:  "Buna imkan verməməliyik"

"İzləyənlər də gördülər ki, biz oyuna yaxşı başladıq. Hesabı açdıq, üstəlik, fərqi artırmaq üçün epizodlar yaratdıq.

Əsas problem onları qola çevirə bilməməyimiz oldu. Bu azmış kimi, rəqib qol vurdu və hesab bərabərləşdi”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Rafael Vilela federasiyanın rəsmi saytına açıqlamasında Avropa çempionatının seçmə mərhələsində evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Braziliya əsilli hücumçu görüşün çətin keçəcəyini gözlədiklərini bildirib: "Əksər futzalçılarımız uzun müddət idi meydana çıxmırdı.

Üstəlik, Slovakiya da qrupumuzun iddialı komandasıdır. Onlar da birinci yer uğrunda mübarizə aparırlar və Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmağa iddialıdırlar”.

Qarşılarındakı məqsədə nail olduqları üçün sevincli olduğunu gizlətməyən Vilela Yunanıstana da eyni məqsədlə yollanacaqlarını vurğulayıb:

"Əlbəttə, Slovakiya da meydanda gəzmirdi. Onlar da çalışdı bizi əks-hücumda yaxalasınlar. Müəyyən epizodlarda buna nail oldular.

Yunanıstanla görüşdə isə buna imkan verməməliyik. Afinadakı matç da çətin olacaq. Rəqibimiz öz meydanında oynayır, onlar bizdən daha çox məşq ediblər, həm də ilk oyun həyəcanını üzərlərindən atıblar.

Biz isə həmin oyunu da itkisiz başa vurmalıyıq. Çünki istəyimiz ardıcıl 6-cı dəfə final mərhələsində iştirak etməkdir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA