"Azərbaycanla oyunda qadın hakim bizi incitdi"

30 Yanvar 2021 22:40 Futzal 871
"Azərbaycanla oyunda qadın hakim bizi incitdi"

"Matçın taleyi Anton Brunovskinin meydandan qovulması ilə həll olundu. Beynəlxalq oyunlarda bu cür hərəkəti qayda pozuntusu kimi qiymətləndirmirlər".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Slovakiya millisinin baş məşqçisi Marian Berki Avropa çempionatının seçmə mərhələsində Azərbaycana 1:4 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Matçın birinci hakimi İrina Velikanovanın idarəçiliyindən narazı qalan mütəxəssis qadın referilərin belə qarşılaşmalara buraxılmamalı olduğunu bildirib:

"Rusiyalı referinin üçüncü hakim olmasına etiraz etməzdik. Amma dünən bütün oyunu məhv etdi və bununla da üstünlüyü rəqibə verdi. 2 dəqiqəni azlıqda oynamağa məcbur olduq".

Baş məşqçi məğlubiyyətə görə məyusluğunu gizlətməyib: "Təəssüf ki, hər şey belə alındı. Oyunçular da üzüldülər. Azlıqda qalanadək yaxşı müdafiə olunduq.

Amma matçın sonlarına yaxın qollar buraxdıq. Üçüncü qol zamanı qayda pozuntusu var idi. Təəssüf ki, rəqib son saniyələrdə 4-cü topu da qapımızdan keçirdi.

Buna baxmayaraq, komandam yaxşı mübarizə apardı və alqışı haqq etdi. Yenə deyirəm, referi bizi incitdi. Düzdür, kifayət qədər qol şansımız oldu, lakin yararlana bilmədik. Bəlkə də, məğlubiyyətdə bu amil də rol oynadı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA