"Sona 3 dəqiqə qalmış işimizin öhdəsindən gəldik"

30 Yanvar 2021 00:42 Futzal 1 063
"Sona 3 dəqiqə qalmış işimizin öhdəsindən gəldik"

“Qələbə münasibətilə komandamızı təbrik edirən. Çox çətin oyun oldu.

Əslində belə olacağını da gözləyirdik. Çünki ilk matçlar hər zaman çətin keçir. Həm də rəqibimiz yaxşı komandadır”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Tyaqo Bolinya evdə Slovakiyaya 4:1 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə oyunundan sonra federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Tyaqo Bolinya Slovakiya ilə görüşdə ilk qolun müəllifi olub. Xüsusilə də birinci hissədə çoxsaylı qol epizodlarını qaçırdıqlarını qeyd edən Braziliya əsilli legioner son 3 dəqiqənin həlledici olduğunu deyib:

“Oyun ərzində çoxsaylı qol epizodu yaratdıq. Əsas da birinci hissədə. Amma reallaşdıra bilmirdik. Sona 3 dəqiqə qalmış demək olar ki, işimizin öhdəsindən gəldik.

Əvvəlcə Qalo hesabda üstünlük qazandırdı, ardınca Xətai Bağırov və İsa Atayev qələbəni təmin etdi. Uşaqlar rəqib 5 futzalçı ilə oynayan zaman müdafiədə yaxşı dayandılar”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA