“Hakim idarəçiliyindən narazı qaldım” - Slovakiyalı baş məşqçisi

29 Yanvar 2021 21:20 Futzal 900
“Hakim idarəçiliyindən narazı qaldım” - Slovakiyalı baş məşqçisi

“Komandamız üçün çətin oyun oldu”.

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Slovakiya yığmasının baş məşqçisi Marian Berki Avropa çempionatının seçmə qrup mərhələsinin ilk turunda Azərbaycan ilə keçirilən oyun barədə danışarkən deyib.

O, yığmamıza 1:4 hesabı ilə məğlub olduqları görüş barədə bunları söyləyib: “Birinci hissədə hər şey qaydasında getdi. Lakin ikinci hissədə hakimin idarəçiliyindən narazı qaldım və nəticədə oyunun axarını dəyişə bilmədik.

Daha doğrusu, bunun üçün real şanslarımız oldu, epizodlar yaratdıq, təəssüf ki, onları realizə edə bilmədik. Sona yaxın isə 5 meydan oyunçusuna üstünlük verdik və bu da rəqibin hesabı artırmasına imkan yaratdı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA