Millimiz AÇ-a böyükhesablı qələbə ilə başladı - Yenilənib

29 Yanvar 2021 19:50 Futzal 2 421
Millimiz AÇ-a böyükhesablı qələbə ilə başladı - Yenilənib

Futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb. Komandamız 3-cü qrupda ilk sınağını evdə keçirib.

Joze Alesionun yetirmələri Slovakiyanı qəbul edib. Matçın birinci hissəsində komandalar hərəyə bir dəfə fərqləniblər. Yığmamız hesabı açsa da, bu üstünlüyünü qoruya bilməyib.

Görüşün ikinci hissəsi də elə yüksək tempdə keçməyib. Anton Brunovski qırmızı vərəqə aldığı üçün slovakiyalılar iki dəqiqə azlıqda çıxış etsə də, millimiz bundan yararlana bilməyib.

Buna baxmayaraq, sona yaxın təzyiqi artıran Joze Alesionun kollektivi ardıcıl üç qol vuraraq, seçmə mərhələyə qələbə ilə başlayıb.

Millimiz növbəti oyununu fevralın 2-də səfərdə Yunanıstana qarşı keçirəcək.

3-cü qrup 1-ci tur

Azərbaycan – Slovakiya - 4:1

Qollar: Bolinya, 4.22, Everton Kardoso, 37.59, Xətai Bağırov, 39.36, İsa Atayev, 39.57 - Draxovski, 14.56 (avtoqol) Bakı İdman Sarayı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA