Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi davam edir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı 3-cü qrupda mübarizə start götürüb.
Qrupun ilk görüşü Moldovada baş tutub. Meydan sahibləri Yunanıstanı qəbul edib.
Dörd qolun vurulduğu matçda Moldova qələbə qazanıb – 3:1. Azərbaycan yığması sabah Slovakiya ilə görüşəcək.
Millimiz ikinci turda Yunanıstanın qonağı olacaq.

