"Özüm də komandama kömək etməyi çox istəyirəm”

25 Yanvar 2021 16:20 Futzal 575
"Özüm də komandama kömək etməyi çox istəyirəm”

“Zədə üzündən fərdi qaydada məşq edirəm. İki gündən sonra kollektiv çalışmalara qoşulacağam.

Həkim oyuna qədər tam hazır olacağımı deyib. Özüm də bu qarşılaşmalarda meydana çıxmağı, komandama kömək etməyi çox istəyirəm”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan yığmasının futzalçısı İsa Atayev Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya və Yunanıstanla keçirəcəkləri oyunlardan əvvəl federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Hazırlıqla bağlı da danışan təcrübəli oyunçu vaxt azlığının və ilk gündən tam heyətlə məşq etməməyin çətinlik yaradacağını qabardıb:

“Baş məşqçi də artıq komandanın yanındadır. Plan üzrə çalışmalarımız davam edir. Əlbəttə, tam formaya düşmək, oyuna istədiyimi kimi hazır olmaq üçün vaxtımız azdır. İndi yaradılmış imkandan mümkün qədər istifadə edirik.

Komanda olaraq tam yığışmamışıq, başqa klublardakı oyunçularımız hələ milliyə qoşulmayıb. Heyətin bütün üzvləri ilk gündən bir yerdə olsaydı, yəqin ki, effekt daha çox olardı”.

Avropa çempionatının seçmə qrup mərhələsinin oyunlarına hazırlaşan milli komanda Bakı İdman Sarayında məşq edir. Yanvarın 29-da Slovakiyanı qəbul edəcək yığma 4 gün sonra Afinada Yunanıstanla üz-üzə gələcək.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı