Yeni məşqçi gətirdilər - O Azər olmasın, bu Azər olsun!

3 İyul 2025 14:00 Hadisə 3 228
Yeni məşqçi gətirdilər - O Azər olmasın, bu Azər olsun!

«Karvan»da yeni məşqçi işə başlayıb.

Yevlax təmsilçisi Azər Həşimovu görəvə gətirib.

O, Kənan Kərimovun korpusunda yer alıb.

A.Həşimov bundan qabaq «Qaradağ Lökbatan»da çalışıb. İki il ərzində I Liqada baş məşqçi işləyən mingəçevirli mütəxəssis ötən ilin oktyabrında görəvdən alınıb.

Əslində, «Karvan»da həmin boş yer Azər Məmmədov üçün nəzərdə tutulmuşdu.

Di gəl, «Kəpəz»in sabiq sükançısı ona təklif olunan maliyyə şərtləri ilə razılaşmadığından, danışıqlar baş tutmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!