“Bu, bağışlanmaz hörmətsizlikdir” - QƏZƏBLƏNDİ

7 Oktyabr 2021 12:00 Fransa 806
“Bu, bağışlanmaz hörmətsizlikdir” - QƏZƏBLƏNDİ

“Real”ın prezidenti Florentino Persin PSJ-nin hücumçusu Kilian Mbappe haqda dedikləri Paris klubunun idman direktoru Leonardonu özündən çıxardıb.

Sportinfo.az xəbər verir ki, Peres yanvarda Mbappeni transfer edə biləcəklərinə inandığını bildirmişdi.

Leonardo belə açıqlamanı hörmətsizlik kimi dəyərləndirib:

“Peresin yeni açıqlaması hörmətsizliyin davam etdiyini göstərir. O, nə PSJ-yə, nə də Kiliana hörmət edir.

Bu həftə əvvəlcə “Real”ın oyunçusu, sonra baş məşqçisi, daha sonra isə prezidenti bu haqda danışıb. Sanki Mbappe artıq onların futbolçusudur.

Təkrar edirəm, bu, bağışlanmaz hörmətsizlikdir”.

Bu yay Mbappe “Real”a keçə bilərdi, amma PSJ onu buraxmadı. Futbolçu bu yaxınlarda bildirib ki, klub rəhbərliyindən xahiş edib ki, onu 2022-ci ilin yayında buraxsınlar.

Digər Xəbərlər
Xəbər Lenti