"Qarabağ" özü-özünə…

30 Avqust 2018 19:48 Avropa Liqası 660
"Qarabağ" özü-özünə…

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.

Çempionlar Liqasında çıxışını başa vuran Azərbaycan çempionu "Qarabağ" da mübarizəni Avroliqada davam etdirir.

Ağdam klubu bu turnirin qrup mərhələsinə vəsiqə uğrunda Moldova “Şerif”i ilə mübarizə aparır.
Komandamız səfərdə keçirdiyi ilk oyunda bu rəqibinə minimal hesabla uduzub.

Bu üzdən də, mərhələ adlamaq üçün Ağdam təmsilçisi bu görüşdə azı 2 top fərqi ilə qalib gəlməlidi.

«Qarabağ» vəziyyəti xilas etmək üçün mütləq bir həftə ərzində hətta futbola ənənəvi baxışınıı dəyişməliydi. Məşqçi korpusunun öz düşüncə tərzinə, təxəyyülünə əl gəzdirməsi lazımdı. Təbii ki, həm də yığmanqın sükançısı olan bir baş məşqçi üçün çətin məqamlardı.

Deyilənə görə, ümid sonda ölür. Sözsüz ki, ölən hər ümidin yerində yenisi palmağa başlayır. Bircə o fərqlə ki, Azərbaycan futbolu üçün bu ümid ölərsə, nəticəsi ağır olacaq. Çünki hər şeyi yenidən, sıfırdan, təzə səhifədən başlamaq lazım gələcək.

«Şeriff»ə qalib gəlməyin yolları da çox sadədi. Bunu səfər matçı əyani göstərdi. Rəqib «Qarabağ»ın zəif-güclü tərəflərini yaxşı öyrənə bilsə də, moldovalıların hələ də gücsüz qala biləcəyi detallar var.

Gəlin qısa nəticə müqayisəsi aparaq. Fikrimcə, Belarusdakı oyuknda ev sahibi öz gücü ilə «Qarabağ»a az, ya çox sinə gərə bilmişdisə, Moldovada tam tərsi oldu – «Qarabağ» özü-özünə uduzdu. İndi komanda özünə də, iradəsinə də, tamahına da qalib gələrsə, çox fərqli şəkildə rəqibi Bakıdan, bayağı desək, təpəsi aşağı yola sala bilər.

Qarşıdakı matçda hər şey məşqçi korpusunun quracağı və əvvəlkindən fərqlənəcək oyundan tam asılı olacaq.

Hələ də cinahların tam şəkildə qurucu oyuna qoşulmasını gözləyirik. Hələ də oyunun iki fərqli zonadan – müdafiə və ön xətdən ibarət olmadığını, komanda oyunu üçün yeri gələndə, arxadan qurula biləcək hücum, ya da öndən qurudacaq müdafiə dəst-xəttini görmək istəyirik.

Müdafiəçilər, sadəcə, quruculuqda iştirak və say artırmaq xatirinə toplaşmamalıdırlar. Hər oyunçu konkret idarəedici və yönəldici funksiyasını bilməlidi. Zonadan-zonaya keçidlər, sadəcə, topun bir yerdən o biri tərəfə ötürülməsi deyil.

Oyunçular bu taktiki gedişlərin tərkib hissəsi olması lazımdı. Bu isə məşqlər zamanı Qurban Qurbanovun təlimatı ilə köməkçilərinin əsas vəzifəsi olmalıdı. Ancaq bunu nə hiss edir, nə də görürük. Elə transferlərin də ouruşmaması bundan irəli gəlir.

Amma bir həqiqət var: «Şeriff»i keçmək futbolumuza çox lazımdı. Fəqət səhvlərdən dərs çıxarılmayacaqsa, komanda yenə mədhiyyələrə uyub, hər şeyi unudacaqsa, o ucalığa dırmanmağa dəyməz.

«Şeriff» üzərində qrupa vəsiqə qələbəsi son ümid foluna münasibəti formalaşdıracaq: həmin ümid sonluqda öləcək, yoxsa dirçələcək?

Məğlubiyyət bu ümidi, əlbəttə, öldürəcək və yenisinin özünü doğruldub, təsdiqlədib və nəhayət, qəbul etdirib həqiqətə çevrilməsi üçün daha bir neçə mövsüm hədər gedəcək.

KƏBİR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti