"Qarabağ" yarım milyon avro verir, amma gəlmirlər – NİYƏ?

26 Avqust 2018 18:58 Avropa Liqası 1 103
"Qarabağ" yarım milyon avro verir, amma gəlmirlər – NİYƏ?

İşi «Qarabağ»da, onsuz da, çox idi, bu yandan da millini üstünə atdılar.

Dəqiq bilirəm ki, Robert Prosineçkinin ayrılmasından sonra Qurban Qurbanovun komandanı götürmək kimi bir istəyi, niyyəti olmayıb.

Təklif ən yuxarı səviyyədə gəlib və razılaşmaqdan başqa çarəsi qalmayıb. 2006-cı ildən sonra millini ən aşağı maaşla çalışdırmağa qol qoymuş Qurbanovun artıq geriyə heç bir yolu qalmayıb. O, ancaq irəli baxmalı, vaxt sıxıntısını öldürməlidi.

Hoca ədalətlidi. Vicdanla işləmək onun həyat prinsipidi. Heç vaxt milliyə barmaqarası yanaşmayıb, yenə yanaşmayacaq. Bu fakta görədi ki, «Qarabağ»a lazımı qədər vaxt ayıra bilmir. Hər şeyi köməkçilərin üstünə atmaz olmaz,baş məşqçinin yeri başqadı.

«Qarabağ» seleksiyada şəriksiz liderdi. Ən güclü menecer qrupu bu klubla çalışır. «Qarabağ» Çempionlar Liqasında mübarizən pley-offda dayandırdısa, bu, nə onların günahıdı, nə də məşqçi korpsunun.

Futbolumuz enişdədi. Zəif, mücadiləsiz və rəng çaları olmayan çempionatın tonusu qalxar, onda biz də «Qarabağ»dan həmin yüksəlişi gözləyər, tələb edirik. Hələlik isə…

Qurbanov bu yay aldırdığı legionerləri son anda seçib. Çünki istədikləri başqaları idi, biri də Azərbaycanın yolunu tutmadı.

İspaniya Sequndusunda ilinə 200 min avro qazanan futbolçu yarım milyon üçün Bakıya ayaq basmağı özünə sığışdırmır.

Seriya A-da 10-12-ci yerlər üçün mücadilə verən klubun legioneri orda aldığından iki dəfə artıq məbləğə imza atmaqdan yayınır,

Fransa, Hollandiya, Türkiyə kimi ölkələrdə çıxış edən bəziləri isə «Qarabağ»ın adından yararlanıb reklam kampaniyası aparır, nəticədə Qurbanovun əlinə heç nə gəlmir.

O gəlmir, bu gəlmir, məcburdu ki, axırda B və C variantı hesab etdiklərinə meydan versin.

Yeni gələnlərin səviyyəsi yenə də Azərbaycan çempionatının üstündədi. «Qarabağ» qitə sezonunu bir az gec, heç olmasa, 10 gün sonra açsaydı, Qurbanovu qınaya bilərdik ki, niyə təzələr hələ adaptasiya keçməyib, komandanın oyun anlayışını götürməyib.

İyunda başı milliyə qarışan məşqçini həm də UEFA-nın yeni reqlamenti dolaşığa saldı. ÇL-nin əsasnaməsini dəyişmək və başlama vaxtını irəli çəkməklə. Hazırlıq üçün 1 günün də önəmi böyükdü.

Bir həftə, yaxud 10 gün ərzində komandanı hardasa 25-30 faiz ayağa qaldırmaq mümkündü. «Qarabağ»ın çalışma zamanı daralınca, ortaya da bu mənzərə çıxmalıdı.

Eyni zamanda, bir məqama diqqət yetirmək gərək: hamı «Qarabağ»ı tanıyır. Bu bələdçilik istər «Olimpiya»nın, istər «Kukesi»nin, istər BATE-nin, istərsə də «Şerif»in komandamıza qarşı «iki nömrə»ylə oynamasını şərtləndirir.

Düzdü, bu rəqiblər arasında «Kukesi» ən zəifidi, ancaq Albaniyanın gümüş mükafatçısı da 100 dəqiqədən artıq müddətdə qapısını toxunulmaz saxlaya bilib.

Burdan çıxan nəticə çempionumuzla qarşılaşan komandaların yaxşı müdafiə olunması demək deyil. fakt odu ki, «Qarabağ» irəlidə effektsizdi. Mahir Mədətovu bir ara çox təriflədik, hələ də ayağı yerə dəymir. Delarj isə düşərgəyə gec gəlib, hələ ab-havanı tutmayıb, alışmayıb.

Simoen Slavçev Miçeli təkrarlamağa çalışır, başqa heç nə etmir. Qurbanovun «azad rəssam» olmağı tapşırdığı Abdulla Zobirə gəlincə, əsdən mərakeşli yarımmüdafiəçi Riçard Almeydanın yerini doldurmağa hazırlaşmır. İki gündən bir zədələnir, meydana çıxanda isə oyunu kənarlardan ortaya çəkməyə meyllənmir, istəyir ki, hamını aldatsın.

Son həftələr hamı düşüb Rəşad Sadıqovun üstünə. Day ondan yazmayan, tənqid etməyən qalmayıb. Nə olub, hansı müdafiəçi səhv etmir ki?

Avrokuboklar Premyer Liqa gəzinti parkı deyil ki, hər oyunda qapını toxunulmaz saxlayasan. «Qarabağ» bu qarşılaşmalarda 2-3-dən artıq qol yesəydi, Rəşadı suçlamağın yeri var idi. Amma gəl ki, heç kim hücum xəttində fil qulağında yatanları şişin ucuna taxmır.

Komanda qol yeyrsə, səhv irəlidən başlayır. Özü də oyunu 1 nəfər yox, 11 nəfərin hamısı uduzur.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti