"Məni daha çox bu çempionat maraqlandırır"

24 Oktyabr 2020 10:24 Dünya futbolu 643
"Məni daha çox bu çempionat maraqlandırır"

FİFA prezidenti Canni İnfantino Avropa Superliqasının yaradılması perspektivi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, İnfantino bu ideyanın onun üçün o qədər də əhəmiyyətli olmadığını bildirib.

O, özü üçün əhəmiyyətli hesab etdiyi qarşılaşma barədə də danışıb: “FİFA prezidenti kimi məni klublararası dünya çempionatı daha çox maraqlandırır, Superliqa yox.

Mənim üçün “Bavariya” – “Liverpul” yox, “Bavariya” – “Boka Xuniors” qarşılaşması cəlbedicidir. Bütün dünyada “Liverpul”un 180 milyon, “Flamenqo”nun isə 40 milyon azarkeşi var.

Amma “Flamenqo”nun azarkeşlərinin 39 milyonu Braziliyadadır, “Liverpul”un isə İngiltərədə cəmisi 5 milyon fanatı var. Qalan 175 milyon isə bütün dünyadadır”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”